Kateqoriyasız

“Qarabağ”ın “ahı” “Sevilya”nı tutdu

Avropa Liqasının qrup mərhələsində Bakıda “Qarabağ”a qalib gələn “Sevilya” La Liqada uğursuzluqa düçar olub.

İdmanxeber.az-ın məlumatına görə, Əndəlüs komandası Liqanın 6-cı turu çərçivəsində “Eybar”ın qonağı olub. İlk hissəni iki top fərqli qələbəylə qapayan “Sevilya” ikinci yarıda 3 top buraxaraq uduzub.

Bununlada paytaxtımıza La Liqa lideri kimi gələn “Sevilya” Bakıdakı qələbədən sonra “Real” və “Eybar”la görüşlərdən məğlub ayrılaraq 7-ci pilləyə yuvarlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43