Kateqoriyasız

“Qarabağ”ın Almaniyaya səfər proqramı açıqlandı

Avropa Liqasının qrup mərhələsində “Frayburq”la qarşılaşacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, “köhlən atlar” sentyabrın 6-da Almaniyaya yollanacaq.

Azərbaycan çempionunu aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək. Sentyabrın 7-də saat 21:40-da komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 22:00-da Ağdam təmsilçisi “Volfsvinkel” stadionunda (Europa-Park Stadion) məşqə çıxacaq. Hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

Sentyabrın 8-də keçiriləcək “Frayburq” – “Qarabağ” oyunu saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43