Ölkə futbolu

“Qarabağ”ın aparıcı üzvündən tərbiyəsizlik edən futbolçuya təsəlli – FOTO

Hazırda davam edən “Bakı” – “Qarabağ” matçının fasiləində birincilərin futbolçusu Etto paltardəyişmə otağından qayıdan hər iki klubun üzvləri ilə görüşüb.

İdmanxeber.com-un məlumatına görə, hakimə başla zərbə endirdiyindən 10 oyunluq cəzalandırılan və bu səbəbdən bugünkü oyunu buraxan Etto Ağdam klubunun legionerləri ilə xüsusi görüşərək, onlara uğurlar arzulayıb. “Qarabağ”ın aparıcı üzvü Riçard Almeyda isə cəzası səbəbindən iştirak edə bilməyən Ettoya təsəlli verib.

foto: idmanxeber.com



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43