Kateqoriyasız

“Qarabağ” avrokubokdakı rəqiblərini hansı stadionda qəbul edəcək?

“Qarabağ” Çempionlar Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı “Partizani” (Albaniya) klubu ilə ev oyununun stadionu müəyyənləşib.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, matç   “Dalğa Arena”da keçiriləcək. Qurban Qurbanovun komandası ikinci mərhələyə yüksələcəyi təqdirdə də ev oyunu bu stadionda olacaq.

Buna səbəb 21-27 iyul tarixləri arasında olacaq Avropa Gənclər Yay Olimpiya Festivalının ölkəmizdə keçirilməsidir. Belə ki, bu festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43