Kateqoriyasız

“Qarabağ”ın Avroliqadakı rəqibi çempionatı “qurban” verir

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Düdelanj” Lüksemburq çempionatında növbəti oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda 5-ci turda səfərdə  “Hostert”lə qarşılaşıb və məğlub olub – 0:1.

Avrokuboklarda mübarizəyə qoşulduqdan sonra daxili çempionatda qələbəyə həsrət qalan “Düdelanj” hazırda 4 xalla 14 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43