İdman

“Qarabağ”ın Avroliqadakı rəqibi La Liqadan futbolçu aldı

“Qarabağ”ın Avroliqadakı rəqibi “Fiorentina” növbəti transferini yekunlaşdırmaq üzrədir.

İdmanxeber.com-un bleacherreport.com-a istinadən verdiyi məlumata görə, Florensiya təmsilçisi “Sevilya”lı yarımmüdafiəçi Sebastian Kristoforu heyətinə qatmağa hazırlaşır.

Uruqvaylı oyunçu “Fiorentina”da 1 illik icarə əsasında çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43