Dünyadan

“Qarabağ”ın Avroliqadakı rəqibləri: “Siftə” etdilər

Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibləri olan “Fiorentina” və “Slovan” ölkə çempionatında növbəti oyunlarına çıxıblar.

İdmanxeber.com-un məlumatına görə, “Fiorentina” A Seriyasının 2-ci turunda öz meydanında Kyevonu minimal hesabla məğlub edib – 1:0. Bu “Fiorentina”nın yeni mövsümdə ilk qələbəsi olub.

Qrupun digər komandası “Slovan” isə Çexiya çempionatının növbəti turu çərçivəsində “Pribram”ı yeganə qolla üstələyib.  Bu, “Slovan”ın cari mövsümdə Çexiya çempionatında ilk qələbəsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43