İdman

“Qarabağ”ın BATE ilə hər iki oyunu canlı yayımlanacaq

“Qarabağ”ın Çempionlar Liqasında BATE ilə keçirəcəyi hər iki matçını canlı yayımlayacaq kanalın adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun Belarus təmsilçisi həm ev, həm də səfər matçını “CBC Sport” kanalı canlı yayımlayacaq. Klubla kanal arasında əldə olunmuş razılığa əsasən hər iki matçı sözgedən kanal azarkeşlərə canlı olaraq nümayiş etdirəcək.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq  “Qarabağ” – BATE matçı avqustun 7-i saat 21:00-da başlayacaq. 1 həftə sonra  “Borisov Arena”da keçiriləcək cavab qarşılaşması da Bakı vaxtı ilə 21:00-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43