Kateqoriyasız

“Qarabağ”ın Beqoviçə qazandırdığı şans

İngiltərənin “Bornmut” klubundan icarə əsasında “Qarabağ”a keçən Asmir Beqoviç uzun müddətdən sonra Bosniya və Herseqovina yığmasının heyətinə cəlb olunur.

İdmanxeber.az-ın məlumatına görə, yığmanın çalışdırıcısı Robert Prosineçki təcrübəli qolkiperin Ağdam klubundakı çıxışından razıdı və bu baxımdan onu milliyə dəvət etməyi düşünür.

Qeyd edək ki, Beqoviç dəvət alacağı təqdirdə noyabrın 15-də İtaliya ilə evdə, 18-də isə Lixtenşteynlə səfərdəki matçlarda Bosniya və Herseqovina millisinə kömək edə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43