Ölkə futbolu

“Qarabağ”ın bosniyalı futbolçusu tələsməməyi məsləhət gördü: “Hələ tezdi”

“Oyunboyu “Sumqayıt”dan üstün futbol sərgilədik. Nəticə oyunumuzun isbatıdı. Rəqibizim cavan futbolçulardan təşkil olunub və onlar meydanın hər qarışı üçün mübarizə aparırdılar. Lakin qol vuracağımızı bilirdim. Qələbə qazandığımıza görə, çox xoşbəxtəm”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.

Ağdam klubunun çərçivə qorucusu çempion elan olunmalarının hələ tez olduğunu bildirib:

“Hələ ki, bu barədə danışmaq tezdir. Düzdü çempionluq yolunda inamla irəliləyirik. Son oyuna kimi də ciddiyyəti qoruyub, matçlara qələbə üçün çıxacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43