Ölkə futbolu

“Qarabağ”ın “Braqa”nı keçmək şansı var” – portuqaliyalı oyunçu

“Qarabağ” böyük komandadır. Əgər onlar Avropa Liqasında pley-offa yüksəliblərsə, buna layiq olduqları üçündür”.

Bu sözləri İdmanxeber.az saytına müsahibəsi zamanı “Kəpəz”in qapıçısı İqor Rodriges  Ağdam təmsilçisinin AL-dəki rəqibi “Braqa” ilə qarşılaşmasına münasibət bildirərkən deyib. Portuqaliyalı qolkiper daha sonra belə davam edib:

“Braqa” öləkin böyük klublarından biridir. Asan oyun olmayacaq. Bu səviyyədə kifayət qədər təcrübəli klubdur. İki görüş də çətin keçəcək. Bununla belə, “Qarabağ”ın “Braqa”nı keçmək şansı var”.

Xatırladaq ki, Rodrigesin müsahibəsini gün ərzində saytımızdan oxuya bilərsiniz.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43