Ölkə futbolu

“Qarabağ”ın bütü rəqibləri məlum oldu: Avroliqa iştirakçıları Ağdam klubunu gözləyir

Təlim-məşq toplanışını Antalyada davam etdirəcək “Qarabağ”ın Türkiyədə keçirəcəyi yoxlama göprüşlərindəki rəqibləri müəyyənləşib.

İdmanxebercom-un məlumatına görə, Ağdam klubu qardaş ölkədə 6 yoxlama matçında qüvvəsini sınayacaq.

Təmsilçimiz yanvarın 17-də Xorvatiyanın “Split”, yanvarın 21-də, İsveçrənin “Sürix”, 24-də Bolqarıstanın “Levski”, yanvarın 27-i Polşa çempionu “Legiya”, yanvarın 29-da Rusiyanın “Mordoviya”, yanvarın 31-də isə Rumıniyanın “Tarqu Mureş” komandası ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43