Ölkə futbolu

“Qarabağ”ın bütün rəqibləri bəlli oldu

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” hazırlıq çərçivəsində 4 hazırlıq sınaq çıxacağını xəbər vermişdik.

Klubun saytına istinadən verdiyimiz xəbərə görə, artıq Ağdam təmsilçisinin bütün rəqibləri müəyyənləşib. Yanvarın 19-u Ruminiyanın “Dinamo” (Buxarest) klubu ila qarşılaşacaq komanda 3 gün sonra  Albaniyanın “Flamutari” komandası ilə üz-üzə gələcək.

Yanvarın 23-ü Qazaxıstan “Spartak”ı ilə qarşılaşacaq Qurban Qurbanovun komandası sonuncu görüşdə, yanvarın 25-də Ukraynanın “Volın” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Yanvarın 26-sı isə “Qarabağ” Azərbaycana qayıdacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43