Ölkə futbolu

“Qarabağ”ın cavab matçının da başlama saatı müəyyənləşdi

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Şerif” – “Qarabağ” matçının keçiriləcəyi saat müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, oyun avqustun 1-də, Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq. Matç Tiraspol şəhərindəki “Şerif” stadionunda keçiriləcək.

Xatırladaq ki, bu komandalar arasında ilk oyun iyulun 25-də saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43