04 Avqust 2020
Kateqoriyasız

“Qarabağ”ın Çempionlar Liqası üçün hazırlıq məkanı və tarixi bilindi

Azərbaycan çempionu “Qarabağ” təlim-məşq toplanışı üçün Qəbələni seçib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun direktoru Əmrah Çəlikəl deyib. Onun sözlərinə görə, komanda Çempionlar Liqasına Qəbələdə hazırlaşacaq:

“Artıq bu şənbə (11 iyul) Qəbələyə yola düşəcəyik. Ancaq hələ hansı hoteldə qalacağımız dəqiqləşməyib. Onu deyə bilərəm ki, minimum 15 gün orada hazırlıq keçəcəyik. Lakin toplanışın neçə gün olacağına baş məşqçimiz Qurban Qurbanov qərar verəcək”.

Gümüş mükafatçı “Neftçi” də Qəbələyə yollanacaq. Bürünc mükafatçı “Keşlə” isə Şamaxı variantını seçib. Məşq keçməsinə icazə verilən dördüncü komanda – “Sumqayıt”da isə planlar hələ dəqiqləşməyib.

“Qarabağ” Çempionlar Liqasında ilk oyununu avqustun 18 və ya 19-da, Avropa Liqasında mübarizə aparacaq “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə avqustun 27-də keçirəcək.

Oxu.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi”nin Müşahidə Şurası uğursuz nəticələrə görə toplandı

admin

“Özümü yaxşı tərəfdən göstərməyə çalışacam” – “Keşlə”nin yeni transferi

admin

Bordin “Sumqayıt”la oyundan danışdı

admin