Ölkə futbolu

“Qarabağ”ın Çempionlar Liqasında daha 4 rəqibi bəlli oldu

“Qarabağ” 2024/2025 mövsümündə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək.

İdmanxeber.az-ın məlumatına görə, mübarizəyə I təsnifat mərhələsindən başlayacaq Ağdam klubunun daha 4 potensial rəqibinin adına aydınlıq gəlib. Bunlar “Dinamo” (Batumi, Gürcüstan), “Struqa” (Şimali Makedoniya), “Differdanj” (Lüksembuq) və “Deçiç”dir(Monteneqro).

Daha əvvəl Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi”, İslandiyanın “Vikinqur”, San Marinonun “Virtus”, Belarusun “Dinamo” (Minsk), Sloveniyanın “Selye”, Maltanın “Hamrun”, Şimali İrlandiyanın “Larne” və Andorranın “UE Santa Koloma” klublarının da “Köhlən atlar”a rəqib ola biləcəyi dəqiqləşmişdi.

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43