Kateqoriyasız

“Qarabağ”ın Çempionlar Liqasındakı 11 potensial rəqibi

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsindəki 11 potensial rəqibi bəllidi.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi səpələnmişlər səbətində olacaq.

I təsnifat mərhələsində mübarizə aparacaq 34 komandada 28-i artıq bəllidi. Onlar 2 səbətə bölünəcək və hər siyahıda 17 komanda yer alacaq. Bir komanda ilkin mərhələdən bu siyahıya qoşulacaq. Orda iştirak edəcək iki klubun da adı artıq məlumdu – “Linfild” (Şimali İrlandiya) və “Tre Fiori” (San-Marino). Bu klubları da “Qarabağ” üçün potensial rəqib hesab etmək lazımdı. Çünki ilkin mərhələnin qalibi olacaq komandanın I təsnifatda “səpələnməyəcəyi” artıq bəllidi.

I təsnifat mərhələsinin səpələnmişlər səbətində isə “Qarabağ”la yanaşı, “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferentsvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Bratislava, Slovakiya) və “Suduva” (Litva)  klubları da yer alacaq.

Səpələnməmişlər səbətində yer alacağı və “Qarabağ”ın mümkün rəqibi olacağı dəqiqləşənlər isə bunlardı:

“Buduçnost” (Monteneqro), “Flora” (Tallin, Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Reykyavik” (İslandiya), , “KuPS” (Finlandiya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta).

“Omonia” (Kipr), “Fola” (Lüksemburq), “Sarayevo” (Bosniya və Herseqovina), “Dinamo” (Tbilisi, Gürcüstan) və “Yurqorden”in (İsveç) hansı səbətdə yer alacağı hələlik dəqiqləşməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Onlara deyəcəm ki, bizi qürurlandırın” – Tahir Gözəl

admin

“Neftçi”nin “Bney Yehuda” ilə İsraildəki matçı da canlı yayımlanacaq

admin

Samir Abasov: “Danışmaq çox çətindir”

admin