06 Oktyabr 2024
Kateqoriyasız

“Qarabağ”ın Çempionlar Liqasındakı bütün potensial rəqibləri bilindi: Sadəcə 3-ü qaldı

Azərbaycanı Çempionlar Liqasında (ÇL) təmsil edəcək “Qarabağ”ın daha 2 potensial rəqibi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, I təsnifat mərhələsində mübarizəyə qoşulacaq Qurban Qurbanovun yetirmələri “səpələnmişlər” səbəində qərarlaşıb.

“Köhlən atlar”ın qitənin ən nüfuzlu klub turnirində daha 2 potensial rəqibinin adına aydınlıq gəlib. Belə ki, Serbiyanın “Partizan” və Rumıniyanın “ÇFR Kluj” klubu “səpələnməmişlər” səbətində yer alacaq və bu o deməkdir ki, hər iki komanda “Qarabağ”ın potensial rəqibidi.

Ümumilikdə I təsnifat mərhələsində 32 komanda iştirak edəcək ki, onlardan 25-i bəllidi. Klublardan 13-ü səpələnmiş, 9-u səpələnməmişdisə, 3 komandanın hansı səbətdə yer alacağı hələ məlum deyil.

Səpələnmişlər: “Seltik” (Şotlandiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Qarabağ” (Azərbaycan), “Srvena Zvezda” (Serbiya), “Şerif” (Moldova), “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dundalk” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), TNS (Uels), “Slovan” (Slovakiya).

Səpələnməmişlər: “ÇFR Kluj” (Rumıniya), “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torshavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan).

Qeyri-müəyyənlər: AIK (İsveç), “Suduva” (Litva), “Valletta” (Malta).

Qeyd edək ki, Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43