Kateqoriyasız

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi bilindi

“Qarabağ”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, “köhlən atlar” ikinci mərhələdə İrlandiyanın “Dundalk” klubu ilə qarşılaşacaq.

İrlandlar ÇL-in 1-ci təsnifat mərhələsi çərçivəsində Latviya “Riqa”sı ilə qarşılaşıb. Sözügedən komandalar arasında cavab görüşünün əsas vaxtında ilk matçda olduğu kimi hesab açılmayıb. Məhz buna görə də, qalibi penaltilər müəyyənləşdirib. Burada isə daha dəqiq olan “Dandolk” “Qarabağ”a rəqib olub.

Qeyd edək ki, II mərhələnin matçları  23-24 iyul və 30-31 iyul tarixlərində olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43