Kateqoriyasız

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi sonda güldü

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi Maltanın “Valetta” klubu yoxlama görüşündə qüvvəsini sınayıb.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun rəqibi ölkəsinin “Hibernians Paola” komandası ilə üz-üzə gəlib.

İlk hissədə hesabda önə keçən “Valetta” ikinci hissənin əvvəllərində qapısında qol görüb. Lakin “Qarabağ”ın rəqibi son dəqiqələrdə vurduğu qolla qalib gəlib – 2:1. “Valetta”nın heyətində Nafti və Aqius fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43