Ölkə futbolu

“Qarabağ”ın ÇL-də ilk oyununun təyinatları açıqlandı

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Olimpiya” (Sloveniya) – “Qarabağ” oyunununa hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanı belçikalı Lourens Visser idarə edəcək. Ona həmyerliləri Karel De Rekor, Yo De Veirdt köməklik edəcək. Dördüncü hakim funksiyasını Bram Van Drişe yerinə yetirəcək.

“Olimpiya” – “Qarabağ” görüşü iyulun 11-i keçiriləcək. Bu komandalar arasında cavab oyunu iyulun 18-i Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43