26 Avqust 2019
Kateqoriyasız

“Qarabağ”ın ÇL-in 3-cü mərhələdəki potensial rəqibi bilindi

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

İdmanxeber.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayıb.

ÇL-dəki yeganə təmsilçisi “Qarabağ”ın da 3-cü mərhələdəki potensial rəqibi məlum olub. Əgər Ağdam klubu İrlandiyanın “Dandolk” komandasını keçə biolsə o zaman APOEL (Nikosiya, Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsində ilk oyunlar avqustun 6-7-də, cavab matçları isə 13-də keçiriləcək.

Çempionlar Liqası, III təsnifat mərhələsi

APOEL (Nikosiya, Kipr) – “Sutyeska” (Monteneqro) / “Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)

 

Oxşar xəbərlər

Azərbaycan kuboku: Finalın qalibi “Qəbələ” oldu!

admin

“Cütün favoriti yenə bizik” – Donald Gerye

admin

“Barselona”dan “Fənərbağça”ya

admin