İdman

“Qarabağ”ın darmadağın olduğu oyun – VİDEO

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Avstriyada təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi Danimarka “Brondbü”sü ilə üz-üzə gəlib və 1:5 hesabıyla uduzub.

Bununla da komanda təlim-məşq toplanışını başa vuran “Qarabağ” bu gün Bakıya qayıdacaq.

Xatırladaq ki, buna qədər “Qarabağ” Rusiya “Axmat”ına 0:1, Bolqarıstan MOİK-inə 2:5, Moskva “Dinamo”suna 0:1 hesabı ilə məğlub olub.

Yoxlama oyunu

“Qarabağ” – “Brondbü” – 1:5

Qollar: Dino Ndlovu, 52 – Kliment, 10 (pen.), 39, Vilçek, 20, Kalmar, 66, Andreas Bruus, 73


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43