Kateqoriyasız

“Qarabağ”ın direktoru çempionlarla görüşdü

AFFA-nın təşkil etdiyi U-9 liqasının qalibi olan “Qarabağ”ın U-9 komandasının üzvləri klubun bazasını ziyarət ediblər.

İdmanxeber.az xəbər verir ki, Ağdam klubunun akademiyasının məşqçiləri və rəsmilərinin iştirak etdiyi ziyarətdə futbolçular “Azersun Arena”nı gəzib, bazada yaradılmış şəraitlə tanışıb olublar.

Klubun direktoru Emrah Çelikel U-9 liqasının qalibi olan futbolçularla görüşüb, onlara həyatda və futbol karyeralarında uğur arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43