Kateqoriyasız

“Qarabağ” Bakıya qayıda bilmir – YENİLƏNİB

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Vorskla” ilə qarşılaşan “Qarabağ”ın Ukraynadan Bakıya dönüşü təxirə salınıb.

İdmanxeber az-ın məlumatına görə, saat 03:30-da Poltava hava limanından yola düşməli olan təyyarənin uçuşu saat 12:00-da gerçəkləşəcək. Buna səbəb hava şəraitinin uçuş üçün əlverişsiz olmasıdır.

Ancaq Ağdam təmsilçisinin saat  12:00-a olan uçuşu da təxirə salınıb. Poltava şəhərindəki güclü dumana görə dönüş yenə təxirə salınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43