Kateqoriyasız

“Qarabağ”ın “Dundalk”la hər iki oyununun vaxtı açıqlandı

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Dundalk”la qarşılaşacaq “Qarabağ”ın hər iki oyununun vaxtı müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisinin səfərdə “Oriel Park”da keçiriləcək ilk matçı iyulun 24-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bakıda “Dalğa Arena”da oynanılacaq cavab görüşünə isə yerli vaxtla 21:00-da start veriləcək.

Qeyd edək ki, “Qarabağ” 1-ci mərhələdə “Partizani”ni, “Dundalk” isə “Riqa”nı mübarizədən kənarlaşdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43