Kateqoriyasız

“Qarabağ”ın düşərgəsindən “Neftçi” üçün şad xəbər

Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində “Neftçi” ilə qarşılaşacaq “Qarabağ” derbiyə ciddi itkilərlə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisinin heyətində iki legioner zədə səbəbindən sözügedən görüşü buraxmalı olacaq. Belə ki, mikrozədəsi olan Reynaldonun həm də formada olmaması onun bu oyunda meydana çıxmayacağına səbəb olacaq. Bundan başqa “köhlən atlar”ın heyətində Miçel Madeyra da, bu oyunu tribunadan izləməli olacaq. İspaniyalı futbolçu da zədə səbəbindən meydana çıxa bilməyəcək.

Qeyd edək ki, fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 18:30-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43