Kateqoriyasız

“Qarabağ”ın düşərgəsindən son xəbər: İkisi müəyyən, biri qeyri-müəyyən

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sevilya”nın qonağı olacaq “Qarabağ” zədəli futbolçularından sevindirici xəbər alıb.

İdmanxeber.az-ın İspaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Ağdam klubunun zədəliləri – Mahir Emreli və Dani Kintana sözügedən oyuna hazırdı. Hər iki futbolçu sabahkı oyunda meydana çıxa bilər.

Digər zədəli futbolçu – Filip Ozobiç Sevilyaya gətirilsə də, onun oynaya bilməyəcıyi dəqiqdi. Komandanın aparıcı üzvündən sayılan Maksim Medvedevin isə sabahkı oyunda oynayıb-oynamayacağı yaxın saatıarda dəqiqləşə bilər.

Qeyd edək ki, “Ramon Sançes Pisxuan” stadionunda keçiriləcək “Sevilya” – “Qarabağ” matçı noyabarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43