Ölkə futbolu

“Qarabağ”ın düşərgəsindən son xəbər: daha 1 həftə…

Premyer Liqanın XXIII turunda doğma meydanda "Simurq"u qonaq edəcək "Qarabağ" bu oyuna hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, komandanın ötən turda "Rəvan"la oyununu buraxan Reynaldo artıq yüngül qaçışlara başlayıb. Ancaq bu onun "Simurq"la oyunda meydanda olacağı qənaətinə gəlmir. 22-ci turda  zədələnən hücumçu Riçard Almeydanın zədəsi isə yüngüldü. 

Bundan əlavə, Ağdam klubunun bir müddətdir zədəli olan digər üzvü Admir Teli 1 həftədən sonra məşqlərə başlayacaq.

Qeyd edək ki, "Qarabağ" – "Simurq" qarşılaşması fevralın 23-də keçiriləcək və saat 17:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43