Dünya futbolu

“Qarabağ”ın favorit rəqibindən xal itkisi

İspaniya La Liqasında 3-cü turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Sevilya” da növbəti matçına çıxıb.

Doğma meydanda “Selta” ilə qarşılaşan “Sevilya” bu dəfə xal itkisi ilə qarşılaşıb – 1:1.

Bununla da xalını 7-ə çatdıran komanda hazırda zirvədə qərarlaşıb.

“Sevilya” ilə “Qarabağ” arasındakı ilk oyun sentyabrın 19-da Bakıda baş tutacaq və saat 20:55-də başlayacaq. Bu komandalar arasındakı cavab görüşü isə noyabrın 28-də İspaniyada keçiriləcək və saat 23:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43