Ölkə futbolu

“Qarabağ”ın futbolçusu 100-cü oyununu keçirib

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXIV turunun “Sumqayıt”la matçında gerçəkləşib.

Start heyətində meydana çıxan milli üzvü sabiq komandası ilə görüşdə “100”ə çatıb. 2019/20 mövsümündə “Sumqayıt”ın futbolçusu kimi Premyer Liqada ilk matçına çıxan yarımmüdafiəçi 17 oyunda 2 qol vurub. “Qarabağ”da 83 oyuna çıxan futbolçu 6 dəfə fərqlənib.

Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” matçında meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43