İdman

“Qarabağ”ın futbolçusu cəzalandı, “Neftçi” ilə oyunu buraxacaq

Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində səfərdə “Zirə”yə qalib gələn “Qarabağ”ın heyətində itki baş verib.

İdmanxeber.com-un məlumatına görə, səfər matçında millimizin və Ağdam təmsilçisinin yarımmüdafiəçisi Riçard Almeyda sarı vərəqə görərək cəzalı duruma düşüb. 

Braziliya əsilli oyunçu 26-cı tur çərçivəsində “Azərsun Arena”da keçiriləcək “Neftçi” ilə matçı buraxmaq məcburiyyətində qalacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43