21 Yanvar 2021
Kateqoriyasız

“Qarabağ”ın futbolçusu: “Dünya çempionatında oynamaq istəyirəm”

“Qarabağ”ın haitili futbolçusu Donald Gerye ölkəsinin mətbuatına açıqlama verib.

Ötən ilin avqustunda milli karyerasını başa vurduğunu açıqlayan müdafiəçi yenidən yığmaya qayıtdığını söyləyib:

“Haiti hökumətində çalışan birisi ilə futbol federasiyasının bəzi rəhbər şəxsləri barədə yaşanan problemlərimdən danışdım. Həmin şəxs bir neçə həftə əvvəl mənə dedi ki, bu insanlar artıq orada yoxdu və yenidən yığmaya qayıda bilərəm. Çünki ölkənin mənə ehtiyacı var. Ona dedim ki, bu barədə həyat yoldaşımla danışmalıyam. Cavab verdi ki, mən Haitidən bir səfirəm və geri qayıtmalıyam. Həmin şəxslərin Haiti Futbol Federasiyasında olmadığını nəzərə alsaq, artıq yığmaya qayıtdığımı deyə bilərəm”.

Gerye 2021-ci ildəki hədəflərindən də danışıb: “Klubumla çempionluq qazanmaq və Haiti yığması ilə dünya çempionatının final mərhələsinə yüksəlmək niyyətindəyəm. DÇ-2022-də oynamaq istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Sənan Süleymanov: “Finalda zərrəcə həyəcan keçirmirdim”

admin

Premyer Liqanın bərpası ilə bağlı yeni xəbər

admin

Turində “gecənin oyunu”, Moskvada liderlik “savaşı” – “Topaz”da bu gün

admin