Kateqoriyasız

“Qarabağ”ın futbolçusu dünyasını dəyişdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və “Qarabağ” Futbol Klubunun əvəzedici komandasının üzvü Şirxan Həsənzadə dünyasını dəyişib.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Xatırladaq ki, aprelin 22-də hazırlıq prosesində “Qarabağ”ın əvəzedici heyətinin müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb. 20 yaşlı futbolçu təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya çatdırılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43