09 Avqust 2020
  • Ana səhifə
  • Müsahibə
  • “Qarabağ”ın futbolçusu: “Kəpəz”ə qol vurmağa çalışacam ki, evdə atamla zarafatlaşa bilim” (MÜSAHİBƏ)
Müsahibə

“Qarabağ”ın futbolçusu: “Kəpəz”ə qol vurmağa çalışacam ki, evdə atamla zarafatlaşa bilim” (MÜSAHİBƏ)

“Qarabağ”ın futbolçusu Coşqun Diniyev İdmanxeber.com saytına müsahibə verib.

– Yoxlama görüşü də olsa qələbə qazandınız. Oyunla bağlı nə deyərdin?

Çempionatda milli komandanın oyununa görə müəyyən bir fasilə var. Ona görə də, milliyə çağırılmayan futbolçuların formadan düşməməsi üçün bu matç vacib idi. Çətin oyun oldu. Çətin qələbə qazandıq. Yoxlama matçı olmasına baxmayaraq bilirdik ki, onlar daha istəkli çıxacaqlar. Bizim üçün yaxşı bir oyun oldu.

– Milliyə çağırılmamağının səbəbi nədi?

Bu baş məşqçinin qərarıdı. Deməli belə məsləhət imiş.

– Qarşıdan “Kəpəz”lə oyun gəlir. Atan Şahin Diniyevin baş məşqçisi olduğu komandanı bu dəfə də məğlub etmək çətin olmayacaq?

“Kəpəz” çətin komandadı. Biz Gəncədə də çətin qələbə qazandıq. Mən ilk oyunda qol vurmuşdum (gülür). Yenə qol vurmaq istəyirəm. Mənim üçün adi oyun olacaq. Çalışacam ki, ilk oyunda olduğu kimi burda da qol vurum və atamla, qardaşımla evdə zarafatlaşa bilim. 

– Ən yaxın izləyiciniz “Qəbələ”dən 7 xal qabağdasız. “Kəpəz”lə oyundan sonra da “Tottenhem”lə vacib oyuna çıxacağınızı nəzərə alıb Gəncə klubunun Bakıda xal qazanması sürpriz olmayacaq?

Hər şey mümkündü. Düşünmürəm ki, fikrimiz “Tottenhem”lə oyunda olacaq. Çünki arada fasilə olacaq. Ona görə də, bütün gücümüzü çempionat oyununa qoyacağıq. Çünki hansı komandanın harada xal itirəcəyini bilmək olmaz. Biz də xal itirə bilərik. 

– “Tottenhem”lə vacib matç var. Qalib gəlməklə qrupdan çıxmaq ümidlərini son matça daşıya bilərsiniz.

Allah bilən məsləhətdi. Biz həmin gün çıxıb öz oyunumuzu oynayacağıq. Ən başlıcası həmin gün Azərbaycna xalqı üçün oynayacağıq. Çalışacağıq ki, keçən il əldə edə bilmədiyimiz nəticəni – qrupdan çıxa bilməməyi bu il reallaşdıraq. İnanıram ki, hər şey istədiyimiz kimi olacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Maksim Medvedev: “Qarabağ” bir ailədir”

admin

Hafiz Məmmədov: “Məni elə göstərirlər ki, elə bil Kurtlar Vadisi çəkilir” – MÜSAHİBƏ

admin

“Bu oyunu udmağa və ilk üç xalı qazanmağa çalışmalıyıq” – MÜSAHİBƏ

admin