Dünya futbolu

“Qarabağ”ın futbolçusu milliyə dəvət aldı

Bosniya və Herseqovina millisinin DÇ-2018-in seçmə mərhələsində Cəbəllütariqə və yoldaşlıq matçında Albaniyaya qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, yığmanın çalışdırıcısı Mehmet Bazdareviç 23 futbolçuya dəvət göndərib. Yığmaya çağırılanlar arasında “Qarabağ”ın qolkiperi İbrahim Şehiçin adı var.

Qeyd edək ki, Bosniya və Herseqovina – Cəbəllütariq matçı martın 25-i keçiriləcək. Albaniya ilə yoldaşlıq matçı isə martın 28-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43