Milli komanda

“Qarabağ”ın futbolçusu: “Onların necə bir komanda olduğunu hər kəs bilir”

“Yaxşı oyun oldu. Əsas qələbə qazanmaq idi ki, sonda da sevinən tərəf biz olduq. Qarşıda bizi Portuqaliya ilə oyun gözləyir. Çətin oyun olacaq”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında Azərbaycanın 21 yaşılılarından ibarət milli komandasının futbolçusu Şəhriyar Əliyev deyib.

İsrail üzərindəki inamlı qələbədən (3:0) danışan “Qarabağ”ın futbolçusu sentyabrın 9-da baş tutacaq Portuqaliya ilə oyuna da toxunub:

“Portuqaliyanın necə bir komanda olduğunu hər kəs bilir. Çalışacağıq ki, buradan da qələbə ilə vətənə dönək. Yaxşı hazırlaşmışıq və sərfəli nəticə qazanmağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43