16 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın futbolçusu Polşa klubuna keçir

“Qarabağ”ın futbolçusu Rahil Məmmədov karyerasını ölkə xaricində davam etdirməyə çox yaxındır.

İdmabxeber.az-ın məlumatına görə, millimizin müdafiəçisi LKS (Lodz) komandasında çıxış edə bilər. Transferin tezliklə açıqlanacağı vurğulanıb.

Rahil Məmmədov 2018-ci ildən “Qarabağ”ın uğurları üçün çalışır. LKS (Lodz) hazırda Polşa Ekstraklasasında 18 oyundan sonra 10 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43