Dünyadan

“Qarabağ”ın futbolçusu qol vurdu, komandası mundiala gedə bilmədi

DÇ-2014-ün seçmə mərhələsinin Afrika zonasında qrup oyunları keçirilir.

“Qarabağ”ın futbolçusu Ulrix Kapolonqonun şərəfini qoruduğu Konqo millisi E qrupunun Niger ilə səfər matçında 90 dəqiqə meydanda mübarizə aparıb.

Komandası 2:1 geridəykən Ağdam klubunun futbolçusu vurduğu qolla millisini məğlubiyyətdən xilas edib – 2:2.

Bununlada autsaderlə oyunda itirilən 2 xal Konqo millisinin liderlik arzusunu gözündə qoyub. 6 oyundan sonra hesabında 11 xal olan Konqo millisi 3-cü mərhələyə yeganə vəsiqə verən zirvəni bu xal itkisi ilə əldən verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43