Kateqoriyasız

“Qarabağ”ın futbolçusu “Zirə”də? (AÇIQLAMA)

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Zirə" transfer çalışmalarını davam etdirir.

Klubun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu idmanxeber.com-a açıqlamasında "Qarabağ"dan Fərhad Vəliyevin komandaya cəlb olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Klub rəsmisi qeyd edib ki, hazırda transfer çalışmaları davam edir:

"Hazırda vəziyyət elədi ki, danışıq apardığımız futbolçular var. Ancaq ad çəkə bilməyəcəm. Çünki hər şey rəsmiləşdikdən sonra məlum olacaq. Konkret olaraq ortalıqda bir şey yoxdu. Konkret olaraq Fərhad Vəliyevə gəldikdə isə o, bizim transfer siyahımızda yoxdu. Onunla maraqlanmırıq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43