Azərbaycanın futbolçu üzrə aşağı liqalarında qol rekordu qırılıb.
Bu uğura “Qarabağ”ın U-14 komandasının üzvü Qarayev Amin İlqar oğlu imza atıb.
Gənc futbolçu meydana çıxdığı 27 oyunda 64 qola imza atıb. Bununla da futbolçu Pilağa Mehdiyevin 1999-cu ildəki rekordunu qırıb. Həmin vaxt Pilatğa 52 qol vuraraq rekord müəllifi olmuşdu.
Amin Qarayev ən məhsuldar oyunçu olaraq AFFA tərəfindən xüsusi diplomla təltif edilib.
U-14 liqasında çempion “Sabah” olub. “Binə” ikinci, “Qəbələ” üçüncü yeri tutub. Amin Qarayevin komandası “Qarabağ” isə 4-cü yerlə kifayətlənib