Kateqoriyasız

“Qarabağ”ın gəliri bilindi

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın gəliri məlum olub. UEFA buna nail olan bütün klublara 2,92 milyon avro ödəyəcək.

Ağdam klubu bu mövsüm Çempionlar Liqasında I, II və III təsnifat mərhələlərində iştirak üçün müvafiq olaraq 280, 380 və 480 min avro – ümumilikdə 1 milyon 140 min avro gəlir əldə edib. Beləliklə, “Qarabağ” bu mövsüm avrokubokda 4 milyon avrodan artıq qazanc əldə edib. Bunu qrup mərhələsində uğurlu çıxışla artırmaq mümkündü.

Avropa Liqasında qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar. Qrup mərhələsindəki hər qələbə qarşılığında 570 min avro, heç-heçəyə görə 190 min avro veriləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Pley-offa çıxanlar 500 min avro, 1/8 final iştirakçıları 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar 4,5 milyon avro, qalib 4 milyon avro qazanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43