Ölkə futbolu

“Qarabağ”ın gənc futbolçusuna ərəblərdən təklif var

“Qarabağ”ın hücumçusu Nəriman Axundzadə komandadan ayrıla bilər.

 Futbolçuya ərəb klublarının birindən təklif var. Ağdam təmsilçisi ilə 2028-ci ilə qədər müqaviləsi olan Axundzadə üçün rəhbərlik 1 milyon dollar təzminat tələb edir.

Ərəb klubu futbolçunu ya icarəyə götürmək, ya da təzminat məbləğini aşağı salaraq birdəfəlik transfer etmək niyyətindədi. U-21 millimizin üzvü də “Qarabağ”dan ayrılmağa müsbət yanaşır.

Belə ki, Musa Qurbanlının heyətə cəlb edilməsinin ardından az oyun şansı qazanacağını düşünən Axundzadə klubla vidalaşa bilər. Ərəblərin illik 500 min dollar təklifi futbolçu üçün kifayət qədər cəlbedicidi.

Hazırda tərəflər arasında danışıqlar davam edir. Az vaxta Nərimanın gələn mövsüm hansı klubda forma geyinəyəcəyi bəlli olacaq. (Sportlife.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43