İdman

“Qarabağ”ın gəncləri üçün xorvatiyalılar

“Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasının qrup mərhələsində “Roma” ilə keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

İdmanxeber.com-un UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Tihomir Pejin olacaq. Ona Qoran Pataki ilə Maryan Tomas kömək edəcək. Ehtiyat hakim isə italiyalı Daniele Martinelli olacaq.
Qeyd edək ki, sabah keçiriləcək “Roma” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43