Ölkə futbolu

“Qarabağ”ın gücü Azərbaycan sərhədlərini xeyli aşıb” – Vaqif Sadıqov

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov UEFA Avropa Liqası pley-off mərhələsi cavab görüşü çərçivəsində keçiriləcək “Qarabağ” – “Braqa” görüşü barədə danışıb.

İdmanxeber.az saytına açıqlama verən təcrübəli mütəxəssis Bakıdakı oyunda da təmsilçimizdən yaxşı nəticə gözlədiyini bildirib:

 “İlk oyundan sonra hamımızın inamı xeyli artıb. Hər kəs “Qarabağ”a inanır və güvənir. İkinci matçdan da müsbət nəticəylə ayrılacağımıza inanıram. “Qarabağ”ın ən böyük üstünlüyü odur ki, kollektiv şəkildə mübarizə aparır. Komanda həm hücumda, həm də müdafiədə birlikdə oynamağı bacarır.

Hər belə nəticədən sonra “Qarabağ”dan gözləntilər daha da artır. Mən də düşünürəm ki, Ağdam klubu o potensialda komandadır. Artıq gücü Azərbaycan sərhədlərini xeyli aşıb”.

Elnur İsmayılov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43