Ölkə futbolu

“Qarabağ”ın Gürcüstandakı turnirdə qarşılaşacağı rəqiblər müəyyənləşdi

“Qarabağ”ın 11 yaşadək futbolçulardan ibarət komandası Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək.

İdmanxeber.com-un məlumatına görə, yarış bu gün başlayıb iyunun 2-nə qədər davam edəcək. Komanda ilk qrupda Gürcüstanın “İveriya”, “Olimpik” və “Champion” klublarıyla qarşılaşacaq.

“Qarabağ” ilk oyunu bu gün “İveriya” komandasına qarşı keçirəcək. Oyunlar Tbilisi “Dinamo”su akademiyasının meydançalarında baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Azərbaycan – Filippin matçını ərəblər idarə edəcək

admin

“Qəbələ”nin Avropa Liqasında rəqibi məlum oldu

admin

“Neftçi” “Kəpəz”ə belə qalib gəldi – VİDEO

admin