Ölkə futbolu

“Qarabağ”ın hazırlıq planı

“Qarabağ”ın yeni mövsüm üçün hazırlıq planı bəlli olub.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin hazırlığının ilk mərhələsi Bakıda keçiriləcək. Bakıdakı hazırlıq çərçivəsində 2 yoxlama oyunu nəzərdə tutulub. “Qarabağ” iyunun 26-da “Keşlə”, 30-da isə “Sumqayıt”la qarşılaşacaq.

Təlim məşq toplantısının 2-ci mərhələsi isə Avstriyada olacaq. 12 günlük toplanış ərzində 3 yoxlama oyunu da nəzərdə tutulub. Komanda iyulun 7-də Bolqarıstanın SSKA (Sofiya) klubu ilə üz-üzə gələcək. İyulun 11-ə nəzərdə tutulan oyunda isə rəqib “Arsenal” (Tula, Rusiya) olacaq. Sonuncu  rəqibin adına daha sonra aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43