Kateqoriyasız

“Qarabağ”ın heyətində sürpriz – Ehtimal olunan heyət

Avroliqanın qrup mərhələsinin IV turunda “Qarabağ” bu gün səfərdə “Vorskla” ilə qarşılaşacaq.

İdmanxeber.az-ın Poltavaya ezam olunmuş əməkdaşının verdiyi  məlumata görə, ötən tura nisbətən bu oyun Ağdam təmsilçisinin heyətində dəyişikliklər olacaq. Qapıda ilk oyunda  kobud səvh edən Vaqner Da Silvanın yerinə Qurban Qurbanov  Hannes Halldorssona şans verəcək. Bir başqa dəyişiklik isə Delarjın 11-likdə olmasıdır. “Qarabağ”ın bir neçə saat sonra meydana çıxacağı ehtimal olunan heyəti bu cürdür:

Hannes Halldorsson, Rəşad Sadıqov, Yakub Jezniçak, Gerye, Maksim Medvedev, Simeon Slavçev, Qara Qarayev, Miçel, Abdullah Zubir, Con Delarj, Araz Abdullayev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43