Ölkə futbolu

“Qarabağ”ın ikinci oyununun vaxtı açıqlandı

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ”ın ikinci yoxlama oyununun vaxtı açıqlanıb.

İdmanxeber.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, sabah Çexiya təmsilçisi “Bohemians”la keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Qurban Qurbanovun komandası yanvarın 23-ü Polşanın “Piast” və 26-sı Ukraynanın “Şaxtyor” (Donetsk) klublarıyla qüvvəsini sınayacaq. Ağdam təmsilçisi ilk sınaq matçında Macarıstanın “Uypeşt” klubuna uduzub – 0:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43