Kateqoriyasız

“Qarabağ”ın ilk oyunun vaxtı açıqlandı

“Qarabağ” sabah Avstriyada ilk yoxlama oyununu keçirəcək.

İdmanxeber.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası “Ludoqorets”lə qarşılaşacaq. Bolqarıstan təmsilçisi ilə matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” Avstriyada ümumilikdə 4 yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi “Ludoqorets”dən başqa, Rumıniyanın “Krayova” (25 iyun), Rusiyanın “Ufa” (28 iyun), Çexiyanın “Viktoriya” (2 iyul) klubları ilə də qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43